Bütün xəbərlər
Futbolçu Artem Dzyuba Ukraynanın "Myrotvorets" ekstremist məlumat bazasına daxil edilib
Tarix: 22-09-2025 08:55 | Bölmə: Manşet

Saytda yayılan məlumata görə, futbolçu Artem Dzyuba Ukraynanın “Myrotvorets” məlumat bazasına (ekstremist elan edilib və Rusiyada qadağan olunub) daxil edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  qadağan edilmiş Ukrayna saytı futbolçunun Rusiya hökumətinə “informasiya dəstəyi” verməkdə günahkar olduğunu iddia edir.
"Dzyuba Artem Sergeyeviç, Moskva", - vebsaytda deyilir.
Ekstremist saytın profilinə futbolçu ilə müsahibə “sübut” kimi əlavə edilib. Məqalədə Dzyuba vətənpərvər olduğunu və Rusiya-Ukrayna münaqişəsində kimin haqlı olduğunu tarixin göstərəcəyinə inandığını, prezidenti Vladimir Putini dəstəklədiyini bildirib.
Daha əvvəl məlumat bazasına iki yaşlı qızın əlavə edildiyi bildirilirdi. İddia edilən səbəb Ukrayna sərhədinin qəsdən pozulması olub.



Baxış sayı: 608


Bölməyə aid digər xəbərlər