Bütün xəbərlər
Güləşçimiz DÇ-nin finalında!
Tarix: 20-09-2025 23:49 | Bölmə: Manşet

gulescimiz-dc-nin-finalinda



Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı sona yaxınlaşır.
Sabaha-inamla.az “Qafqazinfo” xəbər verir ki, yarışın səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kq-da mübarizəyə start verilib.
Murad Məmmədov (63 kq) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabıyla qalib gəlib. Güləşçimiz növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub – 0:8.
Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser Hidalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbəylə yenidən dünya çempionatına finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı olimpiya, dünya və Asiya çempionu Səid Esmailiylə üz-üzə gələcək.
İslam Abbasov (87 kq) belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabıyla məğlub olub.







Baxış sayı: 65


Bölməyə aid digər xəbərlər