Bütün xəbərlər
Zarubin Ərdoğanın ŞƏT sammitində Peskovla dialoqunun görüntülərini dərc edib
Tarix: 07-09-2025 17:58 | Bölmə: Manşet

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekində keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovu türk dilində salamlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların qısa dialoqunun kadrlarını "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubin "Vesti" Telegram kanalında dərc edib.
Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə rəsmi görüşündən əvvəl Peskova müraciət edib.
"Peskov! Necəsən? Yaxşı?" Türkiyə lideri Peskova müraciət edərək soruşdu.
Peskovun bir neçə xarici dildə danışdığı məlumdur: türk, ingilis və ərəb.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər