Bütün xəbərlər
Zaxarova Rusiya səfirliyinə hücumla bağlı: "İsveç təhlükəsizlik üzərində nəzarəti itirib"
Tarix: 07-09-2025 16:09 | Bölmə: Manşet

Rusiyanın İsveçdəki səfirliyinə hücum ölkənin daxili və xarici təhlükəsizliyə nəzarəti itirdiyini göstərir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bazar günü, sentyabrın 7-də Rusiyanın İsveçdəki səfirliyinə pilotsuz uçan aparatdan istifadə edilərək, diplomatik nümayəndəliyin ərazisinə boya ilə doldurulmuş paket atılıb.
"Axı belə təxribatlar təkcə diplomatik nümayəndəlik üçün deyil, həm də şəhər sakinləri üçün təhlükə yaradır. Görünür, İsveç NATO-ya daxil olduqdan sonra daxili və xarici təhlükəsizliyə nəzarəti itirib", - Zaxarova Rusiya səfirliyinə son hücumu "İzvestiya"ya şərh edib.
Oxşar hücumlar 17 iyun, 5 iyul və 21 avqustda Rusiyanın Stokholmdakı ticarət nümayəndəliyinə də edilib.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü ilin mayından 2025-ci ilin mayına qədər boyalı pilotsuz təyyarələr Rusiyanın Stokholmdakı diplomatik missiyasının binasına 11 dəfə hücum edib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər