Bütün xəbərlər
Putin: "Rusiya, Çin və Monqolustan iqtisadi əlaqələrin inkişafında maraqlıdır"
Tarix: 02-09-2025 09:58 | Bölmə: Manşet

Rusiya Federasiyası, Çin və Monqolustan siyasi, iqtisadi və humanitar əlaqələri birgə inkişaf etdirməkdə ümumi maraqları bölüşürlər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Pekində Çin və Monqolustan liderləri ilə keçirilən üçtərəfli görüşdə deyib.
"Üç ölkəmizi çoxlu ümumi cəhətlər var. Biz siyasi, iqtisadi və humanitar əlaqələri birgə inkişaf etdirməkdə maraqlıyıq", - Putin vurğulayıb.
Kreml rəhbəri üç ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün perspektivli istiqamətləri də qeyd edib.
Rusiya prezidenti Vladimir Putin Çinə işgüzar səfərinin proqramını Tyantszindən Pekinə keçərək davam etdirir. Prezidentin iş günü Çin sədri Si Cinpin və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə üçtərəfli zirvə görüşü ilə başlayıb. İclasın bu formatı son üç ildə ilk dəfə keçirilir.



Baxış sayı: 49


Bölməyə aid digər xəbərlər