Bütün xəbərlər
Si Cinpin: "Çin-Rusiya tərəfdaşlığı mehriban qonşuluq nümunəsini nümayiş etdirir"
Tarix: 02-09-2025 09:55 | Bölmə: Manşet

Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Çin və Rusiya arasındakı tərəfdaşlığı mehriban qonşuluq prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlərin nümunəsi kimi qiymətləndirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiya, Çin və Monqolustanın mehriban qonşu olduğunu bildirib. Rusiya liderinin sözlərinə görə, Rusiya Federasiyası, Çin və Monqolustan xalqlarını dostluq və qarşılıqlı dəstək ənənələri birləşdirir.
Rusiya prezidenti Vladimir Putin Çinə işgüzar səfərinin proqramını Tyantszindən Pekinə keçərək davam etdirir. Prezidentin iş günü Çin sədri Si Cinpin və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux ilə üçtərəfli zirvə görüşü ilə başlayıb. İclasın bu formatı son üç ildə ilk dəfə keçirilir.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər