Bütün xəbərlər
Yanukoviç: "Avropa Ukraynanın Aİ ilə yaxınlaşması məsələsində təkəbbür göstərdi"
Tarix: 01-09-2025 18:57 | Bölmə: Manşet

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşması məsələsini müzakirə edərkən avropalı tərəfdaşlarını təkəbbürdə ittiham edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə sentyabrın 1-də RİA Novosti-yə müsahibəsində bildirib.
Yanukoviçin sözlərinə görə, o, prezidentliyi dövründə Ukraynanı Avropa İttifaqına yaxınlaşdırmağa çalışıb və ölkənin Aİ-yə daxil olmasını qarşısına məqsəd qoyub. Lakin qarşı tərəf danışıqlar zamanı özünü “yumşaq desək, yanlış” apardı.
"Onlar Ukraynadakı iqtisadi vəziyyətin mürəkkəbliyini başa düşmədilər. Açığını deyim - təkəbbür göstərdilər", - Yanukoviç bildirib.
Yanukoviç mətbuatla eyni söhbəti zamanı ölkənin NATO-ya daxil olmasının “Ukrayna üçün fəlakət” olacağını və vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini bildirib.
Rusiya prezidenti Vladimir Putin bazar ertəsi ŞƏT sammitində Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdlərini ölkədəki böhranın səbəblərindən biri adlandırıb. Dövlət başçısı həmçinin xatırladıb ki, 2014-cü ildə Ukraynada baş vermiş dövlət çevrilişi nəticəsində ölkənin Alyansa daxil olmasına dəstək verməyən siyasi rəhbərlik kənarlaşdırılıb.



Baxış sayı: 67


Bölməyə aid digər xəbərlər