Bütün xəbərlər
Uşakov: "ABŞ nümayəndə heyətlərinin səviyyəsinin artırılması ilə bağlı konkret təklif irəli sürməyib"
Tarix: 01-09-2025 18:53 | Bölmə: Manşet

Amerika tərəfi hələlik Ukrayna məsələsi üzrə danışıqlarda Moskva və Kiyev nümayəndə heyətlərinin səviyyəsinin artırılması ideyası ilə bağlı konkret təklif irəli sürməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində bildirib.
Uşakov qeyd edib ki, Rusiya və ABŞ prezidentlərinin Alyaskada keçirilən görüşündə Ukrayna məsələsi üzrə danışıqlarda nümayəndə heyətlərinin səviyyəsinin artırılması mövzusu qaldırılıb. Lakin hələlik bu məsələ ilə bağlı konkret təkliflər verilməyib”, - deyə, o bildirib.
"Amerikalılar bizə dedilər ki, onlar da bu məsələni öz aralarında müzakirə edəcəklər və sonra konkret təkliflər irəli sürəcəklər. Hələlik konkret təklif yoxdur", - Rusiya prezidentinin köməkçisi bildirib.
Uşakov həmçinin bildirib ki, Ukrayna mövzusu Çinin Tyantszin şəhərində keçirilən ŞƏT sammiti çərçivəsində müzakirə olunub.



Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər