Bütün xəbərlər
İran prezidenti Rusiya ilə razılaşmaların icrasını şəxsi nəzarətinə götürüb
Tarix: 01-09-2025 18:41 | Bölmə: Manşet

İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Rusiya ilə İran arasında razılaşmaların icrasını şəxsi nəzarətinə götürdüyünü bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, iki liderin görüşü ŞƏT-in Çində keçirilən sammiti çərçivəsində baş tutub.
“Ölkələrimiz arasında əldə olunmuş bütün razılaşmaların icrasını şəxsən öz üzərimə götürmüşəm və bu yolda bütün maneələrin aradan qaldırılması üçün bütün səyləri əsirgəməyəcəyəm”, - İran lideri bildirib.
Yanvarda Putin və Pezeşkian Kremldə danışıqlar aparıb, sonra iki dövlət arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər