Bütün xəbərlər
Uşakov: "Putin və Tramp Zelenski ilə üçtərəfli görüşlə bağlı razılığa gəlməyiblər"
Tarix: 01-09-2025 18:37 | Bölmə: Manşet

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Kiyev rejiminin lideri Vladimir Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinə razılıq verməyiblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu variant mətbuatda müzakirə olunsa da, liderlər belə bir təklif səsləndirməyiblər.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Moskva. Kreml. Putin" verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
"Hələlik mətbuatda yayımlananlar bizim razılaşdığımız şey deyil. İndi hamı üçtərəfli görüşdən, Putinlə Zelenski arasında görüşdən danışır. Bildiyimə görə, Putinlə Tramp arasında bu barədə razılıq olmayıb", - deyə Uşakov izah edib.
O əlavə edib ki, ABŞ nümayəndələri ilə Ukrayna üzrə danışıqlarda nümayəndə heyətlərinin səviyyəsinin artırılması müzakirə olunub. Uşakov izah edib ki, Amerika konkret təkliflər irəli sürməli idi, lakin onlar hələ səslənməyib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Zelenski ilə mümkün görüşü istisna etmədiyini açıqlamışdı. Lakin belə yüksək səviyyədə danışıqlar buna uyğun hazırlanmalıdır.



Baxış sayı: 66


Bölməyə aid digər xəbərlər