22:26 / 23-08-2025
Yeniyetmələr saxlanılıb
Bütün xəbərlər
Sırski Rusiyanı əbədi düşmən adlandırıb və Ukraynanın təslim olmayacağına söz verib
Tarix: 24-08-2025 14:00 | Bölmə: Manşet

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukraynanın Müstəqillik Günü münasibətilə Rusiyanı əbədi düşmən adlandırıb və Ukraynanın heç vaxt təslim olmayacağını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qeyd etdiyinə görə, ukraynalılar on iki ildir azadlıq uğrunda mübarizə aparır, son dörd ildə isə genişmiqyaslı işğalı dəf edirlər.
"Ukraynalılar Müstəqilliyin bərpasının otuz dördüncü ildönümünü dədə-baba düşməni ilə döyüşdə qeyd edirlər. Biz on ikinci ildir ki, azadlığımız üçün mübarizə aparırıq. Ukrayna xalqı heç vaxt təslim olmayacaq və müstəqilliyindən əl çəkməyəcək", - o, Teleqram kanalında yazıb.
Sırski, həmçinin güclü ordu olmadan real müstəqilliyin əldə edilə bilməyəcəyini vurğulayaraq, ölkənin öz suverenliyini qorumağa qadir olduğuna əminliyini ifadə edib. O, çıxışının sonunda bir neçə millətçi şüar əlavə edib.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova əvvəllər qeyd edib ki, Ukraynanın həqiqi müstəqilliyindən yalnız Kiyev ruslara məxsus hər şeyi məhv etmək kimi neonasist siyasətini dayandırdıqdan sonra danışmaq mümkün olacaq.
Ukraynanın Müstəqillik Günü hər il avqustun 24-də qeyd olunur - 1991-ci ilin bu günü ölkə SSRİ-ni tərk edir.



Baxış sayı: 45


Bölməyə aid digər xəbərlər