14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Ərdoğan: "Rusiya-ABŞ danışıqları Ukraynadakı münaqişənin həllinə yeni təkan verir"
Tarix: 16-08-2025 20:54 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın Alyaskada apardığı danışıqlar Ukraynadakı münaqişənin həllinə yeni təkan verib. Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti əlavə edib ki, ölkəsi Alyaskada keçirilən Rusiya-Amerika sammitini alqışlayır və ümid edir ki, bu yeni proses Kiyev rejiminin başçısı Vladimir Zelenskinin iştirakı ilə davamlı sülhün əsasını qoyacaq.
“ABŞ prezidenti Tramp və Rusiya prezidenti Putin arasında Alyaskada aparılan danışıqlar Ukrayna münaqişəsinə son qoymaq yollarının tapılmasına yeni təkan verdi”, – Türkiyə lideri sosial şəbəkədə yazıb.
Ərdoğan əlavə edib ki, Türkiyə də öz növbəsində sülhün bərqərar olmasına töhfə verməyə hazırdır.
Avqustun 16-na keçən gecə Alyaskada Vladimir Putinlə Donald Tramp arasında danışıqlar olub. Görüşdə dövlət başçısının köməkçisi Yuri Uşakov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff iştirak ediblər.
Danışıqlardan sonra Rusiya lideri bildirib ki, söhbətin əsas mövzusu Ukrayna münaqişəsinin həlli olub. Tramp da öz növbəsində danışıqları məhsuldar adlandırıb, lakin yekun razılığın əldə olunmadığını qeyd edib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər