14:43 / 17-08-2025
Alovlanan qayıq batıb
Bütün xəbərlər
Tramp: "Si Cinpin deyib ki, mən prezident olduğum müddətdə Tayvanla münaqişəyə başlamayacaq"
Tarix: 16-08-2025 20:47 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı deyib ki, Çin prezidenti Si Cinpin söhbət zamanı Ağ Evə rəhbərlik etdiyi müddətdə Tayvanla münaqişəyə girməyəcəyinə söz verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Amerika lideri bu barədə təyyarənin göyərtəsində olarkən "Fox News" telekanalına müsahibəsində bildirib.
"Mən burada (Ağ Evdə) olarkən bunun (Çin və Tayvan arasında toqquşma - Red.) baş verə biləcəyinə inanmıram. Görəcəyik. (Si) mənə dedi: "Siz prezident olduğunuz müddətdə bunu heç vaxt etməyəcəyəm." Mən də dedim: "Yaxşı, bunu yüksək qiymətləndirirəm", - Tramp Çin lideri ilə söhbətini xatırladıb.
Eyni zamanda Tramp qeyd edib ki, Si Cinpinin səbri və Çinin gözləmə qabiliyyəti diqqət çəkib.
"Mən dedim: "Yaxşı, amma indi baş verməsəydi, daha yaxşı olardı"- Amerika prezidenti deyib.
Tramp dəfələrlə bəyan edib ki, o, sülhməramlı missiya yerinə yetirmək və bir neçə dünya münaqişəsinə son qoymaq niyyətindədir. Bundan əvvəl o vurğulamışdı ki, əgər onun səyləri olmasaydı, indi altı böyük beynəlxalq müharibə baş verəcək.
Bir sıra ölkələr Trampın İsrail və İran arasında münaqişənin həllinə verdiyi töhfəyə görə Nobel mükafatına namizədliyini irəli sürüb.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər