Bütün xəbərlər
Peskov: "Rusiya ABŞ-la Alyaskada görüşün məhsuldar başa çatacağını gözləyir"
Tarix: 15-08-2025 19:29 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi Alyaskadakı görüşün məhsuldar başa çatacağını gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın sammitinin bu gün, avqustun 15-də, Moskva vaxtı ilə saat 22:00-da (yerli vaxtla 11:00) ABŞ Hərbi Hava Qüvvələrinin Ankoricdəki Elmendorf-Riçardson bazasında başlayacağı gözlənilir.
Moskvanın sammitin necə başa çatacağını gözlədiyi ilə bağlı suala cavab olaraq mətbuat katibi federal kanalda “məhsuldar” deyib.
Bundan əvvəl Peskov onu da bildirmişdi ki, Putin Maqadandan Ankoricə uçuş zamanı Trampla görüşə onun tezislərini öyrənərək hazırlaşacaq.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər