Bütün xəbərlər
Rubio: "Vaşinqton Ukraynada sülhün əldə olunması üçün mümkün olan hər şeyi etməyə hazırdır"
Tarix: 14-08-2025 20:55 | Bölmə: Manşet

Vaşinqton Ukraynada atəşi dayandırmaq üçün əlindən gələni etməyə hazırdır, lakin bu qərarı Moskva və Kiyev verməlidir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bunu ABŞ dövlət katibi Marko Rubio Paraqvay Xarici İşlər Nazirliyinin rəhbəri Ruben Ramires Leskano ilə görüşündə deyib.
Rubio vurğulayıb ki, Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın avqustun 15-də Alyaskada baş tutacaq görüşündən çox şey asılıdır.
"Bizim ümidlərimiz var, sülh istəyirik. Biz buna nail olmaq üçün əlimizdən gələni edəcəyik, lakin son nəticədə Ukrayna və Rusiya bu barədə razılığa gəlməlidirlər", - deyə, siyasətçi bildirib.
O, həmçinin hesab edir ki, Ukraynada sülhə nail olmaq üçün ərazilərin mübadiləsi və təhlükəsizlik təminatlarını müzakirə etmək lazımdır.
Bundan əvvəl Tramp Putinlə görüşdən sonra Ukrayna münaqişəsində dərhal atəşkəs barədə razılığın əldə olunmasının mümkünlüyünə əmin olmadığını bildirmişdi.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər