Bütün xəbərlər
Papa Ukraynada atəşkəs razılaşmasına ümid edir
Tarix: 13-08-2025 21:10 | Bölmə: Manşet

Papa XIV Leo avqustun 15-də Alyaskada baş tutacaq ABŞ-Rusiya sammitinin Ukraynada atəşkəs razılaşması ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Pontifikin sözlərinə görə, o, həmişə atəşkəs tərəfdarıdır.
ANSA XIV Leo-dan sitat gətirir: "Mən həmişə atəşkəs istəyirəm ki, düşmənçilik olmasın və razılaşma əldə olunsun. Müharibə niyə bu qədər uzun müddətdir davam edir? Nə vaxt bitəcək?"
Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp cümə günü, avqustun 15-də Alyaskada görüşəcək. Ağ Evin bildirdiyinə görə, danışıqlar onun ən böyük şəhəri Ankoricdə baş tutacaq.
Rusiya lideri ABŞ-a sonuncu dəfə 2015-ci ildə səfər edib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər