20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
Bütün xəbərlər
Ağ Ev Rusiya ilə Ukrayna arasında ərazilərin mübadiləsi ilə bağlı suala cavab verməyib
Tarix: 12-08-2025 23:03 | Bölmə: Manşet

Ağ Evin mətbuat katibi Caroline Leavitt jurnalistlərin Moskva ilə Kiyev arasında ərazi mübadiləsi ilə bağlı suallarını cavablandırmaqdan imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Leavitt ABŞ prezidenti Donald Trampın Ankoricdəki görüşdə Vladimir Putinlə bu məsələni müzakirə edəcəyinə işarə edib.
“Mən təfərrüatlara varmayacağam və ABŞ prezidentinə Rusiya prezidenti ilə bu planları müzakirə etməyə icazə verəcəm”, - RİA Novosti Leavittdən sitat gətirir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Ukraynadakı vəziyyətin nizamlanması üçün ərazilərin mübadiləsini tələb edəcəyini bildirib və əlavə edib ki, bu məsələdə Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə fikir ayrılığı var.
Daha sonra ABŞ-ın müdafiə naziri Pit Heqset də oxşar bəyanatla çıxış edib. O, sövdələşmənin bağlanmasının hər iki tərəfdən çətin kompromislər tələb edəcəyi fikrini bildirib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər