20:10 / 11-08-2025
Mühafizəçi cərimələnib
17:40 / 11-08-2025
Yazıçı vəfat edib
18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Tramp Zelenskidən ərazi məsələlərindəki mövqeyinə görə narazılığını bildirib
Tarix: 11-08-2025 20:29 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı zamanı Kiyev rejiminin başçısı Vladimir Zelenskinin ərazilərlə bağlı məsələnin həlli zamanı “konstitusiya təsdiqinin” zəruriliyi ilə bağlı bəyanatlarından narazı olduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri əlavə edib ki, Zelenski ilə “yaxşı anlaşır”, lakin onun mövqeyini dəstəkləmir.
“Zelenskinin dedikləri məni bir az narahat etdi: “Konstitusiyaya əsasən təsdiq almalıyam”. Müharibəyə getmək və hər kəsi öldürmək üçün ona icazə lazım deyildi, çünki əraziləri dəyişdirmək üçün ona icazə lazımdır”, - deyə, Tramp bildirib.
ABŞ prezidenti Putinlə görüş zamanı itirilmiş əraziləri Ukraynaya qaytarmağa çalışacağını da bildirib.
Bundan əvvəl Tramp Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş təşkil etmək istədiyini bildirib. O, etiraf edib ki, əgər bu baş verərsə, o da iştirak edə bilər.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər