18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
NATO-nun baş katibi: ABŞ-Rusiya sammitindən asılı olmayaraq Kiyevə silah tədarükü davam edəcək
Tarix: 10-08-2025 22:14 | Bölmə: Manşet

NATO-nun baş katibi Mark Rutte avqustun 15-də Alyaskada keçiriləcək ABŞ-Rusiya sammitinin nəticəsindən asılı olmayaraq, Avropa ölkələrinin hesabına Amerika silahlarının Ukraynaya təhvil verilməsinin davam edəcəyini təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Amerikanın CBS News telekanalına müsahibəsində bildirib.
“Tamamilə düzdür, davam edəcəklər”, - deyə, o, müvafiq sualı cavablandırıb.
Rutte aydınlaşdırıb ki, ilk iki silah paketi artıq Hollandiya və Skandinaviya ölkələri tərəfindən razılaşdırılıb. Onun sözlərinə görə, yaxın gələcəkdə yeni razılaşmalar gözlənilir ki, bu da son dərəcə vacibdir.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi ilə danışıqlardan sonra Amerika silahlarının, o cümlədən Avropalı müttəfiqlər tərəfindən maliyyələşdirilən Patriot hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsinə dair razılıq əldə etdiyini açıqlayıb. Alyans bu tədarüklərin koordinasiyasını öz üzərinə götürəcək, Trampın sözlərinə görə, onların ümumi həcmi milyardlarla dollara çatacaq.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər