18:14 / 10-08-2025
Direktor boğularaq ölüb
Bütün xəbərlər
Zelenski Əliyevlə telefonla danışıb
Tarix: 10-08-2025 17:31 | Bölmə: Manşet

Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kiyev rejiminin başçısı öz Telegram kanalında məlumat verib.
“Biz ABŞ (Amerika), Avropa ölkələri ilə ünsiyyəti, sülhü yaxınlaşdıra biləcək əsas prinsipləri müzakirə etdik”, - Zelenski yazıb.
Söhbət zamanı Kiyev rejiminin başçısı Əliyevə Kiyevin tərəfdaşları ilə təmaslar barədə məlumat verib, onlar Zelenskinin sözlərinə görə, “müharibəyə həqiqətən son qoymaqda eyni dərəcədə qərarlıdırlar”. O, Azərbaycan liderini Ermənistanla əldə olunan razılaşmalara görə də təbrik edib.
Avqustun 8-də Ermənistan və Azərbaycan prezidentləri Nikol Paşinyan və İlham Əliyev Ağ Ev rəhbəri Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda İrəvan və Bakı arasında münaqişənin sülh yolu ilə həllinə dair bəyannamə imzalayıblar. Bundan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio imzalanmış sazişin Zaqafqaziya dövlətləri arasında sülh müqaviləsinin başlanğıcı olacağı fikrini bildirmişdi.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər