11:39 / 08-08-2025
Lotereyada 72,2 milyon udub
23:31 / 07-08-2025
Təyyarə məcburi eniş edib
Bütün xəbərlər
Putin bir gündə altı dünya lideri ilə telefon danışığı aparıb
Tarix: 08-08-2025 22:26 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də altı ölkənin liderləri ilə telefon danışığı aparıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.
Avqustun 8-də Rusiya lideri Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Çinin sədri Si Cinpin və Hindistanın baş naziri Narendra Modi ilə danışıb.
Müzakirə mövzuları arasında ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffla görüşün nəticələri, Ukrayna münaqişəsinin həlli, Putinin Çinə səfərinə hazırlıq olub. Çində o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində və militarist Yaponiya üzərində qələbənin 80 illiyi və İkinci Dünya Müharibəsinin başa çatması ilə bağlı təntənəli tədbirlərdə iştirak edəcək.
Bundan əlavə, Rusiya prezidentinin 2025-ci ilin sonunda Hindistana rəsmi səfəri planlaşdırılır. Respublikanın baş naziri Narendra Modi Rusiya liderini qəbul etmək fürsətini səbirsizliklə gözlədiyini bildirib.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər