19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
RİA Novosti: Lavrov Türkiyə XİN rəhbəri ilə Ukrayna üzrə danışıqlar prosesini müzakirə edib
Tarix: 07-08-2025 13:45 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb, Türkiyə XİN-dəki mənbələr RİA Novosti-yə bildiriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mənbənin məlumatına görə, avqustun 7-də tərəflər arasında telefon danışığı olub, onlar Ukrayna münaqişəsinin həllini müzakirə ediblər.
"Nazirlər arasında telefon danışığı bu gün, avqustun 7-də baş tutub. Rusiya və Ukrayna arasında danışıqlarda vəziyyət müzakirə olunub", - mənbələr qeyd ediblər.
Söhbət zamanı Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı son hadisələr müzakirə olunub.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Rusiya prezidenti Vladimir Putinlə Kiyev rejiminin başçısı Vladimir Zelenski arasında mümkün görüşün vaxtı və ya yeri barədə hələlik konkret məlumatın olmadığını bildirib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər