19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
Uşakov: "Moskva Ukrayna məsələsi ilə bağlı Vaşinqtona siqnallar göndərib"
Tarix: 06-08-2025 17:13 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putinin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşündə Rusiya tərəfi Ukrayna məsələsi ilə bağlı Vaşinqtona siqnallar verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O qeyd edib ki, Putinlə Vitkoff arasında söhbət faydalı və konstruktiv olub.
"Bizim tərəfimizdən, xüsusən də Ukrayna məsələsi ilə bağlı bəzi siqnallar göndərilib. Müvafiq siqnallar prezident Trampdan da alınıb", - Uşakov jurnalistlərə bildirib.
Stiv Vitkoff avqustun 6-da səhər tezdən Moskvaya rəsmi səfərə gəlib.Vnukovo hava limanında ABŞ prezidentinin xüsusi nümayəndəsini Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb. Putin və Whitkoff arasında danışıqlar Kremldə keçirilib və üç saatdan çox davam edib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər