19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
Uşakov: "Putin və Vitkoffun söhbəti faydalı və konstruktiv oldu"
Tarix: 06-08-2025 17:05 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında avqustun 6-da Kremldə baş tutan söhbət faydalı və konstruktiv olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu fikirləri Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov deyib.
Kremlin sözçüsü jurnalistlərə açıqlamasında "ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffu bu gün səhər prezidentimiz qəbul edib. Çox faydalı və konstruktiv söhbət olub" deyib.
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri, prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriev də öz növbəsində Vladimir Putinlə Stiv Vitkoffun görüşünü şərh edərək, dialoqun üstünlük təşkil edəcəyini qeyd edib.
Vitkoff Moskvaya avqustun 6-da səhər gəlib. Bu, artıq Ağ Ev rəhbərinin xüsusi nümayəndəsinin 2025-ci ildə Rusiya-Amerika dialoqu çərçivəsində, o cümlədən Ukrayna nizamlanması üzrə Rusiyaya beşinci səfəridir. Dmitriev Vitkovu hava limanında qarşıladı və onunla Zaryadye ətrafında gəzdi.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər