Bütün xəbərlər
Zaxarova: "Rusiya missiyasının maşını Qüds yaxınlığında hücuma məruz qalıb"
Tarix: 05-08-2025 23:07 | Bölmə: Manşet

İyulun 30-da İsrail hərbçilərinin razılığı ilə qeyri-qanuni İsrail yaşayış məntəqəsi yaxınlığında Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının rəsmi maşınına hücum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva bu insidentlə bağlı İsrail hakimiyyətinə təqdimat verib.
"Maşına mexaniki ziyan dəyib. Hücumun özü rus diplomatlarına qarşı şifahi hədələrlə müşayiət olunub. Hadisənin hadisə yerində olan və hücum edənlərin təcavüzkar hərəkətlərini dayandırmağa belə cəhd etməyən İsrail hərbçilərinin razılığı ilə baş verməsi xüsusilə təəccübləndirici və qəbuledilməzdir", - Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan şərhində bildirib.
O qeyd edib ki, hücum İsrailin Qüds yaxınlığındakı qeyri-qanuni Givat Assaf yaşayış məntəqəsi ərazisində bir qrup mühacirlər tərəfindən həyata keçirilib.
“Biz bu insidenti 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndiririk, bu konvensiyaya görə qəbul edən dövlət xarici nümayəndəliklərin mülkiyyətinin toxunulmazlığı prinsipinə riayət etməyi və orada akkreditə olunmuş xarici diplomatlara lazımi hörmətlə yanaşmağı tələb edir”, - Zaxarova vurğulayıb.



Baxış sayı: 23


Bölməyə aid digər xəbərlər