21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Lavrov: "Kiyev Trampın israrına görə İstanbulda danışıqlara razılıq verib"
Tarix: 01-08-2025 21:49 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda Moskva ilə Kiyev arasında danışıqların ABŞ prezidenti Donald Trampın fəal mövqeyi sayəsində bərpa olunduğunu bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Lavrov vurğuladığına görə, Amerika administrasiyası avropalı tərəfdaşlarından fərqli olaraq, mövcud reallıqları başa düşdüyünü nümayiş etdirir və böhranın əsas səbəblərini nəzərə alır.
Lavrov Rusiya XİN-in saytında dərc olunan bəyanatda deyib: “Məhz prezident Trampın israrlılığı sayəsində Kiyev rejimi İstanbul danışıqlarını bərpa etmək təklifimizlə razılaşdı”.
Rusiyalı diplomatın sözlərinə görə, bu ilin yaz və yay aylarında İstanbulda keçirilən üç raund danışıqlardan sonra Rusiya Ukraynadan siyasi və hərbi məsələlər üzrə işçi qrupların yaradılması təklifinə cavab gözləyir. Bununla belə, nazirin qeyd etdiyi kimi, Moskva konstruktiv dialoq əvəzinə Kiyev rejiminin başçısı Vladimir Zelenskinin dərhal qeyd-şərtsiz atəşkəs tələblərindən tutmuş Rusiya rəhbərliyinin dəyişdirilməsinə çağırışlara qədər ziddiyyətli bəyanatları ilə üzləşib.
Lavrov ümid etdiyini bildirib ki, Amerika tərəfinin praqmatik yanaşması danışıqlar prosesini daha mənalı səviyyəyə çatdırmağa kömək edəcək.
Lavrov daha əvvəl qeyd edib ki, Ukrayna məsələsində Vaşinqtonla substantiv dialoq konkret nəticələr verir.



Baxış sayı: 220


Bölməyə aid digər xəbərlər