Bütün xəbərlər
Japarov Bişkek və Moskva arasında tam qarşılıqlı anlaşma olduğunu bəyan edib
Tarix: 02-07-2025 16:36 | Bölmə: Manşet

Rusiya ilə Qırğızıstan arasında tam qarşılıqlı anlaşma və etimad var, bunu respublika prezidenti Sadır Japarov Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Japarovun qeyd etdiyinə görə, o, Putinlə Moskva və Bişkek arasında strateji tərəfdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparacağını gözləyir.
"Ölkələrimiz arasında tam qarşılıqlı anlaşma və etimad var. Heç bir siyasi fikir ayrılığı və ziddiyyət yoxdur", - Qırğızıstan Prezidenti deyib.
O, Putinin 2025-ci ilin noyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti üçün Bişkekə gəlməsini səbirsizliklə gözlədiyini vurğulayıb.
Qırğızıstan lideri çərşənbə günü rusiyalı həmkarı ilə danışıqlar aparmaq üçün Moskvaya gəlib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər