10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
"Çelsi" "Benfika"nı məğlub edərək, FIFA Klublararası Dünya Çempionatının 1/4 finalına yüksəlib
Tarix: 29-06-2025 10:02 | Bölmə: Manşet

İyunun 28-də 2025-ci il Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində Londonun "Çelsi" komandası Lissabonun "Benfika" klubuna 4:1 hesabı ilə qalib gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşma Şarlottada, Bank of America stadionunda baş tutub. Əsas vaxt 1:1 hesablı bərabərliklə başa çatıb. 64-cü dəqiqədə "Çelsi"nin kapitanı Ris Ceyms cərimə zərbəsindən qola imza ataraq ingilis klubunu hesabda irəli çıxarıb.
85-ci dəqiqədə stadionun ərazisində yağan tufan səbəbindən matç yarımçıq qaldı - oyun iki saat sonra davam etdi. 95-ci dəqiqədə portuqaliyalı Anxel Di Maria penaltidən qola imza ataraq hesabı bərabərləşdirib.
“Sport-Express” yazır: “Londonluların heyətində əlavə vaxtda Kristofer Nkunku, Pedro Neto və Kiernan Dyusberi-Hall qol vurdular”.
İyulun 5-də “Çelsi” 1/4 finalda Braziliyanın “Palmeyras” klubu ilə qarşılaşacaq.
Amerikanın “İnter Mayami” klubu və Braziliyanın “Palmeyras” klublarının FİFA Klublararası Dünya Çempionatının pley-off mərhələsinin yeni iştirakçıları olduğu daha əvvəl bildirilmişdi. Hər iki komanda beş xal toplayıb, lakin Palmeyras daha yaxşı top fərqi sayəsində A qrupunda birinci yeri tutub. Üçüncü və dördüncü pillələrdə isə hərəyə iki xalı olan Portuqaliyanın “Portu” və Misirin “Əl-Əhli” komandaları son turda 4:4 hesabı ilə qarşılaşıblar.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər