21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
19:34 / 25-08-2026
20 yaşlı gəncin ölümü ilə bağlı araşdırma aparılır
19:31 / 25-08-2026
Radiasiyadan quş ölümləri ilə bağlı məlumatları təkzib edir
19:25 / 25-08-2026
Paşinyan KTMT sülhməramlılarının Ermənistana girməyəcəyini bildirdi
19:22 / 25-08-2026
Patruşev Rusiya voleybolçularının elit səviyyədə yarışmağa hazır olduqlarını bildirdi
19:19 / 25-08-2026
Qaraj kooperativində böyük yanğın söndürülür
19:17 / 25-08-2026
Medvedev Finlandiya Prezidentinin peşəkarlığını yüksək qiymətləndirdi
15:57 / 25-08-2026
26 Avqust - Laçın şəhəri günü
20:03 / 24-08-2026
Kreml Londonu Ukraynada sülh prosesinə mane olmaqda günahlandırdı
19:59 / 24-08-2026
Britaniya Ukraynada siyasi döyüşlərin şiddətlənəcəyini proqnozlaşdırır
19:56 / 24-08-2026
Məhkəmə Kseniya Sobçakı dayanacaq cəriməsini ödəmədiyinə görə cərimələyib
19:54 / 24-08-2026
Seul Kiyevə raketlər verməkdən imtina etdi
19:50 / 24-08-2026
Putin Kremldə Hindistan xarici işlər naziri ilə görüşüb
19:48 / 24-08-2026
Moskvada "iş evi"nin rəhbərindən pul tələb edən dəstə zərərsizləşdirilib
19:43 / 24-08-2026
"Gripen" qırıcı təyyarəsi Budapeştdən 100 kilometr aralıda qəzaya uğrayıb
19:39 / 24-08-2026
Paşinyan: "Tramp Marşrutu" dəmir yolu Ermənistanın cənub sərhədi boyunca uzanacaq
19:35 / 24-08-2026
Polis təqaüdçünü 4,5 milyon rublla dələduzluq edən fırıldaqçılar üçün kuryeri saxlayıb
19:30 / 24-08-2026
Bir tanker naməlum mərmi ilə vurulduqdan sonra alovlanıb
18:08 / 24-08-2026
Britaniyanın yeni baş naziri Kiyevə Rusiya raket atışlarının qarşısını alacağına söz verdi
18:05 / 24-08-2026
Modidən salamlar və Putinə mesaj çatdırdı
18:01 / 24-08-2026
Almaniya Leypsiqdəki dron hadisəsində Ukrayna ilə əlaqəni nəzərdən keçirir
17:58 / 24-08-2026
Beş nəfərin qətli ilə bağlı iş üzrə təqsirləndirilən şəxslər həbs edilib
17:55 / 24-08-2026
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Merzi Ukraynanın Kansleri adlandırdı
17:53 / 24-08-2026
Alman milyarder vəfat etdi
Humanizm ölkəmizdə həyata keçirilən cinayət hüquqi siyasətin əsas prinsiplərindən biri kimi
Tarix: 28-12-2017 20:13 | Bölmə: Manşet

Azərbaycan Respublikası baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ölkədə hüquq, cinayət-hüquq siyasəti sahəsində qanunvericiliyə edilən son dəyişikliklərə dair məqalə yazıb. AZƏRTAC məqaləni təqdim edir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıdışından sonra Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə başlanılıb. Ulu Öndərin uzaqgörən inkişaf strategiyası, ilk növbədə, cəmiyyətin gələcək inkişafı üçün hüquqi islahatların həyata keçirilməsini, mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını nəzərdə tutub. Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi - referendumla qəbul edilən müstəqil dövlətimizin ilk milli Konstitusiyası Azərbaycanın demokratik dəyərlərə söykənərək inkişaf yolunu seçən bir dövlətə çevrilməsində yeni bir mərhələnin təməlini qoyub, qısa zaman kəsiyində həyata keçirilmiş köklü islahatlar nəticəsində məhkəmə və prokurorluq orqanları müstəqilliyi təmin edilməklə yenidən formalaşdırılıb və beynəlxalq standartların tələblərinə cavab verən qanunvericilik bazası yaradılıb.
Bu siyasət 2003-cü ildə cənab İlham Əliyevin prezident seçilməsindən sonra da uğurla davam etdirilərək məhkəmə-hüquq və qanunvericilik islahatları dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməklə genişləndirilib. Ölkəmizin beynəlxalq inteqrasiyasının sürətlənməsi, dövlət idarəçiliyində mütərəqqi texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi ilə xarakterizə olunan bu dövrdə institusional islahatlar qanunvericilik islahatları ilə paralel şəkildə davam etdirilib, korrupsiya və oxşar neqativ təzahürlərə qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan olunaraq iqtisadi inkişafın təməllərinin möhkəmləndirilməsinə xidmət edib.
İnsan və vətəndaşın hüquq və azadlıqlarının və vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən Konstitusiyamızın ruhu ilə səsləşən dövlət siyasəti və reallaşdırılan islahatlar ədalət, qanunçuluq, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipləri ilə yanaşı humanizm prinsiplərinə də söykənir. Ulu öndər Hеydər Əliyеvin təşəbbüsü ilə 1993-cü ildə Аzərbаycаndа ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə ölüm cəzasının ləğv edilərək cəzanın sistemindən çıxarılması, Prezident İlham Əliyev tərəfindən mütəmadi şəkildə imzalanan və indiyədək minlərlə insanı əhatə etmiş əfv sərəncamları, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən və 40 minə yaxın insanı əhatə edən 4 amnistiya aktı humanizm dəyərlərinin dövlət siyasətinin təməllərindən olmasının əyani sübutlarındandır.
Dövlət idarəçiliyinin əsas prinsiplərindən biri olan humanizm siyasətinə sadiqliyin və korrupsiyaya qarşı kəsərli mübarizəyə dair qətiyyətli siyasi iradənin növbəti bariz nümunəsi isə 2017-ci il 10 fevral tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2668 nömrəli Sərəncam olub.
Dövlətimizin başçısının qeyd edilən Sərəncamı ilə xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması, həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və bir sıra digər məsələlərlə bağlı qanun layihələrinin hazırlanması müəyyən edilib, bununla əlaqədar müvafiq işçi qrupu yaradılaraq qısa müddətdə cinayət, cinayət-prosessual və cəza-icra qanunvericiliklərinin təkmilləşdirilməsi istiqamətində müvafiq rəy və təkliflər hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun” layihəsi 2017-ci il oktyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilib. Həmin dəyişikliklər Cinayət Məcəlləsinin həm ümumi, həm də xüsusi hissəsinə aid olmaqla, cinayət-hüquqi tənzimetməni və cəza siyasətini yeni - liberal məcraya yönləndirməklə insаn və vətəndaş hüquq və аzаdlıqlаrının təminаtı sаhəsində əsаslı dönüşün başlanğıcı оlub.
Qeyd edilən qanunla Cinayət Məcəlləsinin 144 maddəsində aşağıda qeyd olunan istiqamətlər üzrə 300-ə yaxın dəyişiklik edilib:
- Dəyişikliklərin bir qismi Cinayət Məcəlləsinin Ümumi hissəsinə aid olmaqla cəzaların sistemi və cəza təyini məsələlərini əhatə edib. Belə ki, cinayət qanununda təsbit olunan cəzaların sisteminə azadlığın məhdudlaşdırılması cəzası daxil edilib, ilk dəfə olaraq elektron nəzarət vasitələrinin tətbiq olunması ilə bağlı müddəalar bu cəzanın tətbiq qayda və şərtlərində əks etdirilib, bununla da cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların sayı artırılıb, həmçinin cəza təyini zamanı yeni informasiya texnologiyalarının imkanlarının hüquq sahəsində tətbiqinə şərait yaradılıb. Bununla yanaşı, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma və ömürlük azadlıqdan məhrumetmə cəzalarının tətbiqi ilə bağlı bir sıra müddəalar da dəqiqləşdirilib. Bütövlükdə 152 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ cəzalar daxil edilib, 36 cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulub. Onlardan 18-i az ağır cinayətlər kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 4 cinayət əməli ağır cinayətlər kateqoriyasından az ağır cinayətlər kateqoriyasına, 1 cinayət əməli isə xüsusilə ağır cinayətlər kateqoriyasından ağır cinayətlər kateqoriyasına keçirilib. Göstərilənlərlə yanaşı, Cinayət Məcəlləsinin xüsusi hissəsinin ayrı-ayrı maddələrinin sanksiyaları təkmilləşdirilməklə nəzərdə tutulmuş cəzanın həddi və həcmi azaldılmış və sanksiyalarda azadlıqdan məhrumetməyə alternativ olaraq azadlığın məhdudlaşdırılması tətbiqi mütləq cəza kimi müəyyənləşib. Dəyişikliklərlə cinayətlərin təkrar törədilməsinin anlayışı dəqiqləşdirilərək cinayətlər çoxluğunun digər növləri olan cinayətlərin məcmusu və cinayətlərin residivi arasında təcrübədə mövcud qeyri-müəyyənlik aradan qaldırılıb, cinayətlərin residivinin dairəsi məhdudlaşdırılıb, habelə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasında da dəyişiklik həyata keçirilərək əhatə etmək üsulu ilə cəza təyini halları genişləndirilib, cəzaların toplanılması yolu ilə təyin olunması qaydasında təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanın yuxarı hədlərinə məhdudiyyətlər müəyyənləşib, məhkumluğu olmayan hesab edilən şəxslərin dairəsi konkretləşdirilməklə məhkumluğun ödənilməsi müddətləri ilə bağlı müddəalar şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran istiqamətdə təkmilləşdirilib;
- Cinayət qanunvericiliyinin müasir dövrün tələblərinə uyğunlaşdırılması zərurətindən irəli gələrək dəyişikliklərin digər qrupu cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarını əhatə edib. Belə ki, həmin institutların normaları genişləndirilməklə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azadetmə müddəaları qanunvericiliyə daxil edilmiş, nəticədə bu qəbildən olan cinayətlərin törədilməsi halında qanunla müəyyənləşmiş qaydada təqsirkar şəxslərin bəraətverici əsaslar olmadan məsuliyyətdən azad olunması imkanları müəyyənləşib. Ümumilikdə 24 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə 25 cinayətə görə isə ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə (1 və ya 2 mislində) ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmənin mümkünlüyü təsbit edilib. Həmçinin iki cinayətə görə məhkəmə qərarının icrası və ya əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunubdur. Burada xüsusi vurğulamaq yerinə düşər ki, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın müəyyən misli miqdarında dövlət büdcəsinə ödəniş edilməklə şəxsin cinayət məsuliyyətindən azad edilməsi institutu Azərbaycan Respublikasının cinayət qanunvericiliyində ilk dəfə tətbiq edilən yeni bir müddəadır ki, bu da özlüyündə bu sahədə mövcud qabaqcıl beynəlxalq təcrübənin ölkə qanunvericiliyinə implementasiyasının göstəricisidir. Bundan başqa, son dəyişikliklərlə cəzanı yüngülləşdirən halların dairəsi genişləndirilib, cəzadan şərti olaraq vaxtından əvvəl azadetmənin tətbiqi imkanları genişləndirilib, hətta ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzadan şərti olaraq azad edilməsi imkanları müəyyən olunub;
- Qanunvericilikdə yeniliklərin digər istiqamətini isə bir sıra, xüsusilə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilmiş cinayətlərin dekriminallaşdırılması təşkil edib. Belə ki, yeni qanunla əvvəllər cinayət hesab edilən 15 əmələ görə cinayət məsuliyyəti aradan qaldırılıb və daha 3 cinayətə görə məsuliyyət yaradan hədd beş dəfə artırılmaqla dekriminallaşdırılıb. Mülkiyyət əleyhinə törədilmiş cinayətlərlə bağlı həyata keçirilən mühüm əhəmiyyətli dəyişiklik ondan ibarət olub ki, ölkənin inkişaf edən iqtisadi göstəricilərinə uyğun olaraq ağırlaşdırıcı əlamətlər olmadan oğurluq, dələduzluq və mənimsəmə kimi talama cinayətlərinin törədilməsinə görə məsuliyyətin yaranması üçün zəruri ziyan həddi 100 manatdan 500 manatadək artırılıb, 5000 manatdan 50 min manatadək ziyanı nəzərdə tutan “xeyli miqdar”, 50 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan ziyanı nəzərdə tutan “külli miqdar” kimi cinayət-hüquqi ölçü vahidləri ilə yanaşı, 500 min manatdan yuxarı olan məbləğdə ziyanı nəzərdə tutan “xüsusilə külli miqdar” anlayışı qanunvericiliyə daxil edilib, nəticədə sözügedən ictimai münasibətlər sahəsində törədilən əməllərin ictimai təhlükəlilik dərəcəsi iqtisadi inkişaf göstəricilərinə uyğunlaşdırılıb. Oxşar dəyişiklik iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərlə bağlı da həyata keçirilib.
Cinayət Məcəlləsinin xüsusi hissəsinin bu dəyişiklikləri cinayət qanunvericiliyinin təkmilləşdirilməsinin korrupsiya cinayətlərindən də yan keçmədiyindən xəbər verir ki, bu öz növbəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilmiş cinayətlərin tövsifedici əlamətlərinin qulluq mənafeyi əleyhinə törədilən cinayətləri də nəzərdə tutmaqla korrupsiya xarakterli cinayətlər olmaları ilə əlaqədardır. Dəyişikliklər korrupsiya və maliyyə cinayətlərinin istintaqı və cinayət təqibinin səmərəliliyinin artırılmasına istiqamətlənib, bu qəbildən olan cinayətlərin araşdırılması zamanı süni vaxt itkisinin, sübut materiallarının lüzumsuz artıq toplanmasının, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasının (süründürməçiliyin) qarşısının alınmasında əlavə vasitəyə çevrilmiş və hüquqi alətlərin rasional şəkildə istifadə edilməsinin vacibliyini bir daha təsdiq edib. Belə ki, yeni dəyişikliklərlə ümumilikdə 50-yə yaxın cinayətdə zərərçəkmiş şəxslə barışma, ziyanın ödənilməsi, habelə cinayət nəticəsində vurulmuş ziyanın bir və ya iki misli miqdarında dövlət büdcəsinə ödəniş edilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmənin mümkünlüyü təsbit edilib. Həmin cinayətlərin ictimai təhlükəliliyinin əsasən vurulmuş ziyanla bağlı olmasını nəzərə alaraq qanunverici həm təqsirləndirilən şəxslərə cinayətin nəticələrinin aradan qaldırılması şərti ilə cinayət məsuliyyətindən azad edilmək imkanı tanıyır, həm də bu cinayətlərdən zərərçəkmiş şəxslərin hüquqlarının bərpasına daha əlverişli zəmin yaratmış olur. Qeyd edilən müddəaların digər mühüm əhəmiyyəti ondan ibarətdir ki, bu stimullaşdırıcı normanın qanuna daxil edilməsi ibtidai istintaq və məhkəmə orqanlarının resurslarına qənaət etmək imkanı yaratmaqla bu sahədə cinayət təqibinin səmərəliliyinin artırılmasına xidmət etmiş olur. Burada korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin statistik göstəricilərinə müraciət etdikdə mənzərə daha da aydın olur. Belə ki, 2017-ci ilin birinci yarımili ərzində Baş İdarə tərəfindən ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş 133 şəxs barəsində 103 cinayət işindən 93-ü maddi ziyanla əlaqədar olub. 2016-cı il ərzində isə Baş İdarə tərəfindən ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmiş 313 şəxs barəsində 201 cinayət işindən 167-si maddi ziyanla əlaqədar olub. Təqdim edilən statistik məlumatlardan da göründüyü kimi, Baş İdarə tərəfindən ibtidai istintaqı aparılan cinayət işlərinin mütləq əksəriyyəti maddi ziyanla bağlıdır ki, hazırkı dəyişikliklər bu növ cinayətlərin ibtidai və məhkəmə istintaqı zamanı gələcəkdə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsindən ötrü müsadirə olunması məqsədilə təqsirləndirilən şəxslərə məxsus əmlakların müəyyən edilməsi, onların üzərinə həbs qoyulması ilə əlaqədar hüquqi prosedurlara sərf edilən vaxt itkisinin, o cümlədən bu məqsədlə əlavə sübutların toplanması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasının qarşısının alınmasına xidmət edəcək. Bu isə öz növbəsində, qənaət edilmiş resursların müxtəlif sxem və mexanizmlərdən istifadə etməklə törədilən mürəkkəb və çoxepizodlu korrupsiya cinayətlərinin istintaqına ayrılmasına şərait yaradacaq.
Xüsusi qeyd olunmalıdır ki, bir sıra cinayət əməllərinin dekriminallaşdırılması, o cümlədən sanksiyaların yüngülləşdirilməsi heç də korrupsiya və sair mənfi hallara qarşı mübarizənin kəsərinin azalması kimi başa düşülməməlidir. Əksinə, yeni dəyişikliklər ilk dəfə cinayət törətmiş şəxslərə, həmçinin cinayət əməlləri nəticəsində dəymiş ziyanı ödəmiş şəxslərə münasibətdə onların islah olunaraq daha tez cəmiyyətə inteqrasiya olunmalarına müvafiq şərait yaratmaqla yanaşı, dövlət hakimiyyət orqanlarının normal fəaliyyəti və nüfuzuna zərər vuran daha ictimai təhlükəli qulluq mənafeyi əleyhinə cinayət törətmiş şəxslərə münasibətdə daha da sərt mövqe tutur. Bu da korrupsiya cinayətlərinin ictimai təhlükəliliyinin dərk edilməsi və onlara qarşı mübarizənin xüsusi diqqətdə saxlanılmasından xəbər verir.
Buna misal olaraq, Cinayət Məcəlləsinə müvafiq olaraq xüsusilə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və mənimsəmə və ya israfetmə cinayətlərinə görə cinayət məsuliyyəti nəzərdə tutan 178.4-cü və 179.4-cü maddələrin daxil edilərək bu halda qeyd edilən əməllərin 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına səbəb olmasına dair, eləcə də Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərini aşmaya görə məsuliyyət nəzərdə tutan 309.2-ci maddəsinin sanksiyasının artırılmasına dair müddəaları göstərmək olar.
Ümumilikdə isə əminliklə qeyd oluna bilər ki, həmin tədbirlər ölkədə istintaq-məhkəmə sisteminin, hüquqtətbiqetmə təcrübəsinin fəaliyyətinin asanlaşdırılmasına, korrupsiya və maliyyə cinayətlərinin istintaqı və cinayət təqibinin səmərəliliyinin artırılmasına, bu sistemin azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafında rolunun yüksəldilməsinə, insanların hüquq və azadlıqlarının daha geniş təmin olunmasına, bütövlükdə ölkəmizdə demokratiyanın inkişafına və beləliklə, cəmiyyətimizin və dövlətimizin tərəqqisinə xidmət edəcək.
Həyata keçirilmiş tədbirlər onu göstərir ki, dövlətimiz hüquq islahatlarını beynəlxalq standartlara uyğunlaşdırma istiqamətində həyata keçirir, cəzanın nəzəri baxımdan deyil, praktiki olaraq sosial ədalətin bərpası, məhkumun islah olunması və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi vasitəsinə çevirmək istiqamətində cəza-hüquq siyasəti aparır və ölkəmizdə hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə qanunvericilik və institusional islahatlar daha da genişləndirilməkdədir.
Qanunvericiliyə son dəyişikliklərin məqsədi ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, bu sahədə dünyada mövcud olan mütərəqqi təcrübələrin tətbiqi, cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması olmuşdur ki, bu da möhtərəm Prezidentimizin insan haqlarının, o cümlədən məhkumların hüquqlarının daha etibarlı təmin olunmasına həssas münasibətinin növbəti təzahürüdür.
Kamran Əliyev,
Azərbaycan Respublikası Baş prokurorunun müavini-
Baş Prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi,
II dərəcəli dövlət ədliyyə müşaviri,
hüquq elmləri namizədi
Baxış sayı: 503
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.