10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Türkiyəli ekspert Özer: "Qərb Ukraynada məğlubiyyətini etiraf etmək istəmir"
Tarix: 28-06-2025 14:11 | Bölmə: Manşet

Qərb Ukraynada faktiki olaraq uduzdu, baxmayaraq ki, hələ məğlubiyyətini etiraf etməyə və münaqişəni dayandırmağa hazır deyil. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer deyib.
Ekspertin fikrincə, iyunun 2-də İstanbulda sülh danışıqları çərçivəsində əsirlərin və ölülərin mübadiləsi yaxın gələcəkdə Türkiyədə çox güman ki, imzalanacaq yekun razılaşmaya doğru irəliləyişdən xəbər verir. Özer vurğulayıb ki, gələcək razılaşmanın əsas məqamlarından biri Rusiya bankları və şirkətlərinə qarşı sanksiyaların ləğvi, həmçinin hava nəqliyyatının bərpası olacaq.
“Deyə bilərik ki, biz müharibənin faktiki olaraq Qərbin məğlubiyyəti ilə başa çatdığı dövrə qədəm qoyuruq, lakin Qərb bunu açıqlamaq iqtidarında deyil”, - RİA Novostinin analitiki bildirib.
Bir müddət əvvəl Beynəlxalq Humanitar və Siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter Solovyev LIVE-ın efirində qeyd edib ki, Qərb üçün ölkəni uğurlu layihə etməkdənsə, Ukraynada anti-Rusiya anklavını qoruyub saxlamaq vacibdir. Onun sözlərinə görə, Qərb liderləri Ukraynanı dəstəkləməkdə davam edir, Rusiyanın tam qələbəyə nail ola bilməyəcəyinə inanır və şərtləri diktə etmək bacarığı ilə gələcək danışıqlara ümid edirlər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, tərəflər mayın 16-da və iyunun 2-də danışıqların iki raundunu, habelə münaqişənin həlli ilə bağlı təkliflərlə memorandumların mübadiləsini xatırladaraq, düzgün istiqamətdə irəliləyirlər.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər