Bütün xəbərlər
Tramp demokratları ABŞ-ın İrana zərbələri ilə bağlı məlumat sızdırmaqda ittiham edib
Tarix: 26-06-2025 23:36 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp Demokratlar Partiyasının adı açıqlanmayan üzvlərini ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələrlə bağlı məlumat sızdırmaqda ittiham edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth" sosial şəbəkəsində dərc olunmuş mesajında bildirib. Amerika lideri, həmçinin sızdırmaya görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırıb.
"Demokratlar İranın nüvə obyektlərinə başa çatmış uçuşla bağlı məlumat sızdırıblar. Onlar cavab verməlidirlər", - Tramp yazıb.
ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-nə keçən gecə İranın nüvə obyektlərinə zərbələr endirib.ABŞ rəsmilərinin məlumatına görə, hədəflərdə zənginləşdirilmiş uran saxlanılıb.
Daha sonra ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken bildirib ki, Amerikanın zərbəsi İranın nüvə proqramının iflasına gətirib çıxarmayıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər