Bütün xəbərlər
Xamneyi deyib ki, İran ABŞ-ı məğlub edib
Tarix: 26-06-2025 14:54 | Bölmə: Manşet

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-la qarşıdurmada qələbə qazandığını bəyan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Xameneinin hesab etdiyinə görə, Amerika tərəfinin respublikanın nüvə obyektlərinə zərbələr endirməsindən sonra İran İslam Respublikası ABŞ-ı məğlub edib.
Bundan əlavə, İranın Ali Rəhbəri 12 günlük münaqişədən sonra İsrail üzərində qələbə qazandığını elan edib. X sosial şəbəkəsində o, İran xalqını Təl-Əvivdəki qələbə münasibətilə təbrik edib.
İyunun 13-nə keçən gecə İsrail bu ölkəni gizli hərbi nüvə proqramında ittiham edərək İrana qarşı “Rising Lion” əməliyyatına başlayıb. Raket, hava hücumları və dron hücumları nüvə ilə əlaqəli obyektləri, İran Silahlı Qüvvələrinin qərargahını, hava bazalarını və hava hücumundan müdafiə sistemlərini hədəf alıb.
Buna cavab olaraq İran İsrailin hərbi obyektlərinə hücum edərək “Doğru vəd 3” əməliyyatına başlayıb. Hər iki tərəf 12 gün ərzində bir-birlərinə zərbələr endirib, hər iki tərəfdən onlarla insan ölüb və yaralanıb.
İyunun 22-nə keçən gecə ABŞ münaqişəyə müdaxilə edərək, İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. Ertəsi gün Tehran ABŞ-ın Qətərdəki Əl-Udeid bazasına raket hücumu ilə cavab verdi və daha da gərginləşmək istəmədiyini bildirdi.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər