Bütün xəbərlər
Kosaçev: "İranın nüvə proqramı ilə yanaşı, İsraili də müzakirə etməyə dəyər"
Tarix: 26-06-2025 13:14 | Bölmə: Manşet

Yaxın Şərqlə bağlı müzakirələrin mərkəzində təkcə İranın deyil, İsrailin də nüvə proqramı olmalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev “Rossiya 24” telekanalının efirində bildirib.
Senator qeyd edib ki, hamı İranın nüvə proqramını müzakirə edir, lakin heç kim İsrailin bu istiqamətdə gördüyü işlərə diqqət yetirmir. Kosaçev hesab edir ki, hər iki ölkənin nüvə potensialından danışmaq ədalətlidir.
"Bu halda müzakirələrin mərkəzinə təkcə İranın deyil, həm də İsrailin nüvə proqramının qoyulması mütləq lazımdır. Bu, dürüst, ədalətli və beynəlxalq hüquqa tam uyğun olacaq", - Kosaçev vurğulayıb.
Bundan əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ Silahlı Qüvvələrinin son zərbələri nəticəsində İranın nüvə proqramına ciddi ziyan dəydiyini bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran nüvə proqramından əl çəkmək niyyətində deyil və İsrail və ABŞ-ın təcavüzü Tehranın bu texnologiyanı inkişaf etdirmək iradəsini yalnız gücləndirib.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər