Bütün xəbərlər
Rutte NATO ölkələrini Rusiyaya qarşı sadəlövh olmamağa çağırıb
Tarix: 25-06-2025 21:35 | Bölmə: Manşet

NATO ölkələri Rusiyaya qarşı sadəlövh davranmamalıdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Şimali Atlantika Alyansının Haaqa sammitindən sonra keçirilən mətbuat konfransında deyib ki, onlar özlərini Rusiya təhlükəsindən müdafiə edə biləcəklərinə əmin olmalıdırlar.
Onun fikrincə, Rusiya təhlükəsi mövcuddur və NATO ondan özünü müdafiə etməyi bacarmalıdır. Odur ki, sammitdə müdafiə xərclərinin artırılması qərara alınıb.
"Rusiya haqqında sadəlövh olmayaq.Biz açıq mənbələrdən və Avropada bir çox yüksək rütbəli hərbi rəhbərlərdən eşitmişik ki, onlar silahlı qüvvələrini elə sürətlə qururlar ki, onlar üç, beş və ya yeddi ildən sonra hücuma hazır olacaqlar", - RBK Ruttenin sözlərindən sitat gətirir.
Bu, NATO-nun Rusiya təhdidindən danışdığı ilk dəfə deyil. Eyni zamanda, Rusiya hakimiyyət orqanları müttəfiq ölkələrinə hücum etmək niyyətində olmadıqlarını dəfələrlə bəyan ediblər. ABŞ prezidenti Donald Tramp da eyni fikirdədir. Rutte özü cavab verə bilmədi ki, nə üçün Rusiyanın NATO-ya hücum edəcəyinə inanır.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər