Bütün xəbərlər
Tramp: "Ukrayna münaqişəsi digər müharibələrdən daha mürəkkəbdir"
Tarix: 25-06-2025 20:45 | Bölmə: Manşet

Rusiya ilə Ukrayna arasındakı münaqişə dünyanın bütün digərlərindən daha mürəkkəbdir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp NATO-nun Haaqa sammitinin yekunlarına dair mətbuat konfransı zamanı deyib.
Amerika lideri jurnalistlərin münaqişəni niyə hələ də bitirmədiyi ilə bağlı suallarını belə cavablandırıb.
"Çünki bu, insanların təsəvvür edə biləcəyindən də mürəkkəbdir.Açığı, Zelenski ilə bəzi problemlərim olub. Ola bilsin, siz bu haqda oxumuşsunuz. Bu, digər müharibələrdən daha mürəkkəbdir", - siyasətçi bildirib.
Tramp həmçinin bildirib ki, onun Ukraynadakı münaqişəni 24 saat ərzində bitirmək vədi “sarkazm”dır və hərfi mənada qəbul edilməməlidir.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər