Bütün xəbərlər
"Bild": Zelenski NATO sammitində yalnız müşahidəçi olub
Tarix: 25-06-2025 20:28 | Bölmə: Manşet

NATO-nun Haaqa sammitində Kiyev rejiminin başçısı Vladimir Zelenski “yalnız izləyici” olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Qəzet vurğulayır ki, sammitdə Ukrayna münaqişəsi ilə bağlı ayrıca işçi sessiya olmayıb.
Qeyd olunur ki, sammitin yekun bəyanatında Ukrayna tərəfdarlarının ölkəni dəstəkləmək üçün uzunmüddətli milli öhdəliklərini təsdiqlədikləri barədə yalnız “qeyri-müəyyən ifadə” yer alıb. Kiyevin hələ də NATO-ya üzv olmağa çalışdığı dəqiqləşdirilməyib.
Daha əvvəl bildirilmişdi ki, NATO sammiti zamanı ABŞ prezidenti Donald Tramp Zelenski ilə Ukraynada atəşkəs məsələsini müzakirə etməyib. Amerika lideri ümid etdiyini bildirib ki, Kiyev rejiminin başçısı münaqişəyə son qoymaq istəyir.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər