Bütün xəbərlər
Pezeşkian: "İran ABŞ-la münasibətlərdə “problemləri həll etməyə” hazırdır"
Tarix: 24-06-2025 22:06 | Bölmə: Manşet

İran hakimiyyəti Amerika Birləşmiş Ştatları ilə münasibətlərdəki problemləri beynəlxalq normalar əsasında həll etməyə hazırdır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı zamanı İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.
Onun sözlərinə görə, Tehran İrana dost ölkələrdən istənilən yardımı alqışlayır.
"Biz ABŞ-la aramızda mövcud olan problemləri beynəlxalq normalara əsaslanaraq həll etməyə hazırıq. Biz heç vaxt (qanuni) hüquqlarımızdan kənar bir şey tələb etmirik. Bu baxımdan dost və qardaş ölkələrimizdən istənilən yardımı alqışlayırıq", - siyasətçi bildirib.
Tehran və Vaşinqton arasında gərginlik iyunun 22-nə keçən gecə Amerika qoşunlarının İranın nüvə obyektlərinə zərbələr endirməsi ilə daha da artıb. Ağ Evin məlumatına görə, orada zənginləşdirilmiş uran saxlanılıb.
İyunun 23-də İran Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasını hədəfə alaraq cavab zərbəsi endirib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər