Bütün xəbərlər
"Fox News": Nümayəndələr Palatası Trampı Nobel Sülh Mükafatına namizəd göstərib
Tarix: 24-06-2025 21:27 | Bölmə: Manşet

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Buddi Karter Nobel Sülh Mükafatı Komitəsinə ABŞ prezidenti Donald Trampın mükafata namizədliyini irəli sürmək təklifi ilə məktub yazıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Fox News" xəbər verir.
Onun sözlərinə görə, Tramp İsrail və İran arasında silahlı münaqişənin sona çatmasında “müstəsna və tarixi rol” oynayıb.
“Nümayəndələr Palatasının deputatı, İsrail və İran arasında atəşkəs razılaşmasına vasitəçilik edən prezident Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərir”, - nəşr qeyd edir.
Qeyd edilir ki, Tramp dünyanın ən böyük terror sponsoru olan dövlətin planetin ən ölümcül silahını əldə etməsinə də mane olub.
İyunun 24-nə keçən gecə Tramp bəyan edib ki, İsrail və İran atəşkəsə razılaşıblar və bu, onun fikrincə, “12 günlük müharibənin rəsmi sonu” olmalıdır.



Baxış sayı: 170


Bölməyə aid digər xəbərlər