Bütün xəbərlər
Putin: "Yaxın Şərqdə eskalasiya dünyanı təhlükəli nöqtəyə gətirir"
Tarix: 23-06-2025 16:38 | Bölmə: Manşet

Yaxın Şərqdə eskalasiya dünyanı çox təhlükəli həddə çatdırır, bunu Rusiya prezidenti Vladimir Putin hərbi ali məktəblərin məzunları ilə görüşündə deyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş “Rossiya 24” telekanalı tərəfindən yayımlanıb.
Putin qeyd edib ki, dünyada vəziyyət dinamik şəkildə dəyişir.
"Biz Yaxın Şərqdə vəziyyətin necə kəskin şəkildə gərginləşdiyini görürük. Qeyri-regional güclər də münaqişəyə cəlb olunur. Bütün bunlar dünyanı çox təhlükəli nöqtəyə gətirir", - Rusiya prezidenti vurğulayıb.
Vladimir Putin həmçinin qeyd edib: tarix Qərbdəki siyasətçilərə heç nə öyrətmir - onlar Rusiyaya strateji məğlubiyyət vermək planlarını qurmaqda davam edirlər.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər