Bütün xəbərlər
Tramp deyib ki, ABŞ İranın əlindən nüvə bombasını qoparıb
Tarix: 22-06-2025 23:40 | Bölmə: Manşet

İyunun 22-nə keçən gecə həyata keçirdiyi əməliyyat zamanı ABŞ İranın əlindən nüvə bombasını qoparıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Onun fikrincə, iranlılar bacarsaydılar, guya nüvə bombasından istifadə edərdilər.
“Biz dünən onların əlindən “bomba”nı qopararaq təsirli hərbi uğur əldə etdik”, – Tramp "Truth" sosial şəbəkəsində yazıb.
Eyni yazıda Ağ Evin rəhbəri daha əvvəl ABŞ-ın İrana zərbələrini ABŞ Konstitusiyasının pozulması adlandıran konqresmen Tomas Massini tənqid atəşinə tutub.
Tramp bildirib ki, o, Massini öz tərəfdarı hesab etmir və Respublikaçılar Partiyasının praymerizlərində rəqibini dəstəkləyəcək.
İyunun 22-nə keçən gecə ABŞ prezidenti məlumat verib ki, Amerika təyyarələri İranın nüvə obyektlərinə kütləvi zərbə endirib. Tramp Tehranı münaqişəyə son qoymağa razı olmasa, daha çox zərbə endirməklə hədələyib. Ağ Evin sakini iddia edib ki, hücumlar uranın zənginləşdirilməsi obyektlərini məhv etmək məqsədi daşıyır.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər