Bütün xəbərlər
Putin: "Əgər İsrailin İranla bağlı narahatlığı varsa, bunu aradan qaldırmaq olar"
Tarix: 21-06-2025 12:04 | Bölmə: Manşet

Əgər İsrailin İranla bağlı bəzi narahatlığı varsa, bunu aradan qaldırmaq olar, bunun üçün imkanlar var.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu "Sky News Arabia" telekanalına müsahibəsində Rusiya lideri Vladimir Putin deyib.
Prezident daha əvvəl qeyd edib ki, Tehran və Təl-Əviv arasında belə çətin qarşıdurma şəraitində belə, həll yolunu tapmaq mümkündür və Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymağın yollarının tapılmasının vacibliyini vurğulayıb.
“İsrailin hər hansı narahatlığı varsa, o zaman onları həll etmək lazımdır və bu narahatlıqları aradan qaldırmaq üçün formalar, imkanlar var, mən artıq qeyd etdiyim kimi, mənim fikrimcə,” Putin telekanala İsrail-İran münaqişəsini şərh edərkən deyib.
Bundan əvvəl Vladimir Putin həmçinin xatırladıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İran İslam Respublikasının guya nüvə silahı əldə etmək niyyətində olduğuna dair heç bir sübut yoxdur.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər