Bütün xəbərlər
Putin: "Rusiya kütləvi qırğın silahlarının, o cümlədən İranın əleyhinədir"
Tarix: 21-06-2025 10:39 | Bölmə: Manşet

Rusiya İran da daxil olmaqla, kütləvi qırğın silahlarının yayılmasının tərəfdarı deyil.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla belə, Tehranın dinc nüvə texnologiyası hüququ var, Rusiya prezidenti Vladimir Putin "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.
Rusiya lideri onu da qeyd edib ki, nə Rusiya, nə də Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə silahı hazırladığına dair sübuta malik deyil.
“Rusiya Federasiyasının mövqeyi ondan ibarətdir ki, biz kütləvi qırğın silahlarının dünyanın istənilən ölkəsi, o cümlədən İran hesabına yayılmasının əleyhinəyik”, - Putin bildirib.
Bundan əvvəl ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner bildirmişdi ki, ABŞ kəşfiyyat orqanları İranın nüvə silahı yaratmağa yaxın olduğuna dair sübut tapmayıb. Uorner ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbardın Tehranın kütləvi qırğın silahları yaratmaq üçün heç bir addım atmaması barədə sözlərini xatırladıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər