Bütün xəbərlər
Peskov: "ABŞ-ın İranda nüvə silahından istifadə etməsi fəlakət olardı"
Tarix: 20-06-2025 10:39 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın İranda nüvə silahından istifadə ehtimalı ilə bağlı mətbuatda yayılan xəbərlərin spekulyasiya olduğunu bildirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, belə bir nəticə bir fəlakət olardı.
Bundan əvvəl “Fox News” telekanalının jurnalisti Ceki Haynrix bildirmişdi ki, Ağ Ev uranın zənginləşdirildiyi Fordo zavoduna zərbələr endirmək üçün taktiki nüvə silahından istifadə edilməsini istisna etmir. Jurnalistin sözlərinə görə, ABŞ hərbçiləri bunun zavodun yeraltı hissəsinin məhv edilməsi üçün etibarlı vasitə olacağına əmindir.
"Belə bir inkişaf fəlakətli olardı, lakin o qədər spekulyasiya var ki, bu barədə şərh vermək mümkün deyil", - Peskov TASS-a müvafiq nəşrləri şərh edərkən deyib.
“The New York Times” yazıb ki, ABŞ kəşfiyyatının məlumatına görə, Fordoya zərbə İranı nüvə silahının yaradılmasını sürətləndirməyə sövq edə bilər.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər