Bütün xəbərlər
Putin danışıqlar üçün İstanbula getməkdən imtina məsələsində Trampla razılaşıb
Tarix: 19-06-2025 12:44 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın niyə hər ikisinin danışıqlar üçün İstanbula getməmələri ilə bağlı sözləri ilə razılaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl Putin beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşüb. Türkiyənin "Anadolu" xəbər agentliyinin nümayəndəsi qeyd edib ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Türkiyədə keçiriləcək sammitdə iştiraka dərhal razılaşıb. Tramp da öz növbəsində deyib ki, Putin getsə, gələcək.
"Prezident Trampın bəyanatı ilə bağlı mən bunu başqa cür eşitdim. Cənab Tramp deyib ki, "Putin getmir, çünki mən getmirəm. Mən olmayanda onun orda nə işi var?" Və o, haqlıdır. Bu mənada o, tamamilə haqlıdır", - Rusiya prezidenti bildirib.
Putin xarici jurnalistlərlə söhbəti zamanı onu da qeyd edib ki, Trampın iştirakı ilə Rusiya və ABŞ sammiti çox faydalı olacaq.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər