Bütün xəbərlər
Lavrov Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinə ruslara müttəfiqlik münasibətinə görə təşəkkür edib
Tarix: 18-06-2025 20:58 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edərək, İsrailin zərbələrinə məruz qalan İrandan qayıdan ruslara Azərbaycan üzərindən köməklik göstərdiyinə görə ona minnətdarlığını bildirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Lavrov Azərbaycanlı tərəfdaşlarına İrandan respublika ərazisindən qayıdan ruslara göstərdikləri köməyə və diqqətə görə səmimi təşəkkürünü bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Moskva çətin vəziyyətdə qalan ruslara müttəfiqlərin yanaşmasını yüksək qiymətləndirib”.
Diplomatik qurumların rəhbərləri ikitərəfli və beynəlxalq gündəlikdəki aktual məsələləri, o cümlədən Yaxın Şərq və Cənubi Qafqaz regionunda vəziyyəti müzakirə ediblər.
Ötən gün “Rossiya 24” telekanalının çəkiliş qrupu İrandan Azərbaycan vasitəsilə qayıdan Çaykovski Simfonik Orkestrinin musiqiçilərini Şeremetyevo hava limanında qarşılayıb. Orkestrin dirijoru Arseni Tkaçenko evakuasiyada göstərdiyi köməyə görə Bakıya minnətdarlığını bildirib və qeyd edib ki, musiqiçiləri Azərbaycanda "sözün əsl mənasında əllərində gəzdiriblər".



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər