Bütün xəbərlər
Tramp deyib ki, o, Putinə Ukraynadan sonra İranla məşğul olmağı təklif edib
Tarix: 18-06-2025 19:19 | Bölmə: Manşet

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin ona İsrail-İran münaqişəsinin həllində vasitəçi olmağı təklif edib, lakin Ağ Evin sahibi hesab edir ki, bundan əvvəl Ukrayna böhranının nizamlanması lazımdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Vaşinqtonda jurnalistlərlə söhbətində Amerika prezidenti Putinlə “dünən” telefon danışığı apardığını iddia edib.Rusiya tərəfi iyunun 17-də iki ölkə prezidentlərinin təması barədə məlumat verməyib.
TASS Trampın sözlərindən sitat gətirib: “O, həqiqətən də vasitəçilik yardımı təklif etdi.
ABŞ prezidentinin sözlərinə görə, o, Putindən “sizə bir yaxşılıq etməyi” və əvvəlcə Ukrayna ilə bağlı vəziyyəti həll etməyi xahiş edib.
“Siz bundan sonra (İran ətrafındakı vəziyyət – redaktorun qeydi) narahat ola bilərsiniz”, - Amerika prezidenti Rusiya liderinə dediklərini danışıb.
Bundan əvvəl Amerika lideri müvafiq təşəbbüs göstərəcəyi təqdirdə rusiyalı həmkarının vasitəçiliyinə açıq olacağını bəyan edib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər