Bütün xəbərlər
XİN: Rusiya MAQATE-nin İsrailin İrana zərbələri ilə bağlı laksız hesabat verməsini gözləyir
Tarix: 17-06-2025 23:41 | Bölmə: Manşet

Rusiya Beynəlxalq Atom Enerjisi Agentliyindən (MAQATE) İsrailin zərbələri nəticəsində İranın nüvə enerji kompleksinə dəyən zərərlə bağlı "laksız" qiymətləndirmələri olan hesabat hazırlamasını gözləyir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Smolenskaya meydanı İsrailin İranın dinc nüvə obyektlərinə davam edən intensiv hücumlarının beynəlxalq hüquq baxımından qeyri-qanuni olduğunu və dünyanı nüvə fəlakətinə doğru sövq etdiyini vurğulayıb.
“Rusiya tərəfi agentliyin rəhbərliyindən çox yaxın vaxtlarda MAQATE-nin Rəhbərlər Şurası və BMT Təhlükəsizlik Şurasının müzakirəsi üçün İsrail hərbçilərinin İranın nüvə enerji kompleksinin təhlükəsizliyinə vurduğu zərərin obyektiv və “laksız” qiymətləndirilməsi ilə bağlı müfəssəl yazılı hesabat hazırlayacağını gözləyir”, - deyə, məlumatda bildirilir.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, dünya ölkələrinin əksəriyyətinin İsrailin İrana zərbələrinə sərt və barışmaz reaksiyası yəhudi dövlətinin rəhbərliyinin hərəkətlərinin onun faktiki şəriki olan ölkələr tərəfindən dəstəkləndiyini göstərir.
"Aydındır ki, Qərb düşərgəsinin qlobal nüvə silahının yayılmaması rejimi ilə manipulyasiya etmək və ondan arzuolunmaz ölkələrlə siyasi hesablaşmaq üçün istifadə etmək cəhdləri beynəlxalq ictimaiyyətə baha başa gəlir və tamamilə qəbuledilməzdir", - Rusiya Xarici İşlər Nazirliyi bildirib.
Bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi İsrailin zərbələrinə məruz qalan İranın Natanz şəhərindəki nüvə obyektində radioaktiv çirklənmənin aşkar edildiyini bildirmişdi.
İyunun 13-nə keçən gecə İsrail “Rising Lion” əməliyyatına başlayıb və bu əməliyyat zamanı İranın hərbi və nüvə obyektlərinə zərbələr endirilib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər