Bütün xəbərlər
"Daily Mail": G7 sammiti zamanı Makronun sözlərindən sonra Meloni gözlərini yumdu
Tarix: 17-06-2025 19:20 | Bölmə: Manşet

İtaliyanın baş naziri Giorgia Meloni Fransa prezidenti Emmanuel Makronun G7 sammiti zamanı ona nəsə pıçıldamasından sonra gözlərini yumdu. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Melonun ifadəsini əks etdirən videogörüntüləri "The Daily Mail" nəşr edib.
Bütün bunlar Ukrayna böhranı, həmçinin İran-İsrail münaqişəsi və Yaxın Şərqdəki vəziyyətin müzakirə olunduğu G7-yə üzv ölkələrin liderlərinin görüşü zamanı baş verib.
Video görüntülərdə Meloninin Makronun ona nə dediyini eşitmək üçün əyildiyi görünür. Onun sözlərinə cavab olaraq İtaliyanın baş naziri gözlərini yumdu.
G7 sammitindən əvvəl Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampa jurnalistlərin suallarını cavablandırmağa icazə verməyib. Mətbuat onun çıxışından sonra Ağ Ev rəhbərinə suallar vermək istəyib, lakin Karni buna imkan verməyərək onun sözünü kəsib. Kanadanın baş naziri bunu Tramp və komandası ilə görüş keçirmək planları ilə izah edib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər