Bütün xəbərlər
"Tottenhem"in futbolçusu toydan sonra İsraili tərk edə bilməz
Tarix: 17-06-2025 11:51 | Bölmə: Manşet

Evlənmək üçün vətəni İsrailə qayıdan "Tottenhem"in hücumçusu Manor Solomon indi İranla hərbi münaqişə ucbatından ölkəni tərk edə bilmir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
25 yaşlı idmançı ötən cümə axşamı, iyunun 12-də sevgilisi Dana Voşina ilə evlənib.
İyunun 13-nə keçən gecə İDF irimiqyaslı “Yüksələn Aslan” əməliyyatına başlayıb, onun çərçivəsində İrandakı hərbi obyektlərə və nüvə proqramı obyektlərinə aviazərbələr endirib. Bir gün keçməmiş Tehran cavab hücumu həyata keçirdi.
İsrail və İranın aviasiya orqanlarının qərarına əsasən, bu iki ölkənin hava məkanı mülki uçuşlar üçün bağlanıb.
Bundan əvvəl məlum olmuşdu ki, səmanın bağlı olması səbəbindən gimnastika üzrə İsrailin qadınlardan ibarət yığması yeniyetmələrin dünya çempionatında iştirak edə bilməyib.
“İnter”in iranlı hücumçusu da ölkəsini tərk edə bilməyib və bu səbəbdən ABŞ-da başlayan klublararası dünya çempionatını buraxacaq.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər