Bütün xəbərlər
Pezeşkian: "İran nüvə silahı yaratmağa çalışmır"
Tarix: 14-06-2025 22:41 | Bölmə: Manşet

İran prezidenti Məsud Pezeşkian Fransa lideri Emmanuel Makronla söhbəti zamanı deyib ki, Tehran nüvə silahı yaratmaq niyyətində deyil.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərini İslam Respublikası hökumətinin başçısının mətbuat xidməti sitat gətirib.
Bundan əvvəl İtaliya Xarici İşlər Nazirliyi İsrail kəşfiyyatının məlumatlarına istinadən bəyan etmişdi ki, Tehran 6 ay ərzində 10 nüvə bombası yarada bilər.
“Ali Liderin fitvasına arxalanan İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib”, – Pezeşkian Makrona vurğulayıb.
O əlavə edib ki, İran həmişə danışıqlar yolu ilə nüvə proqramını müzakirə etməyə hazır olub. İslam Respublikası hökumətinin başçısı İsraili yalan danışmaqda və Yaxın Şərqdə xaos səpmək istəməkdə ittiham edib.
Bundan əvvəl Makron X sosial şəbəkəsində məlumat vermişdi ki, o, Pezeşkianla söhbətində İranı nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa çağırıb.
İsrailin İrana zərbələrindən sonra Makron deyib ki, İsrail İran hədəflərinə hücum etməklə özünü müdafiə etmək hüququndan istifadə edir.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər